logo

Vüsalə Kərimova boşanma səbəbini açıqladı 

11:11 21-11-2021 | icon 142114
Vüsalə Kərimova boşanma səbəbini açıqladı 

ARB TV-nin "Onun Sirri” verilişinin növbəti qonağı teleaparıcı Vüsalə Kərimova olub.

 
Sfera.az xəbər verir ki, məşhur aparıcı keçmiş həyat yoldaşından danışıb:
 
"Sevdiyim insanla ailə həyatı qurmuşdum. Çox savadlı, alicənab insandır. 1998-ci ildə nişanlandıq. Bir il iki ay sonra toyumuz oldu. 2000-ci ildə oğlum dünyaya gəldi. Çətin insanam. Mənimlə yaşamaq bir ömür istər. Son anadək getmərəm, getdimsə, əsla geri dönmərəm.
 
Ayrılanda oğlumun 7 yaşı vardı. Əslində öncədən ayrı idik. Amma rəsmi boşanma üçün müraciət etməmişdim. Rəsmən boşandığım gün hönkür-hönkür ağladım. Yanlış insanla yol getməkdənsə, yalnız yerimək daha yaxşıdır.
 
Ayrılıqdan sonra çətin həyatım başladı. Ayrılığımızın əsas səbəbi indiyədək heç kimə məlum deyildi. Bunu ilk dəfə açıqlayıram. Səbəb əqidə məsələsi idi. Tamam fərqli insanlarıq. Nə evliliyimə, nə ayrılmağıma peşman deyiləm. Oğlumun savadlı, dünyagörüşlü olmasını atasına borcluyam.
 
Keçmiş həyat yoldaşım bizə maddi dəstək göstərmir. Heç belə istəyim də olmayıb. Hətta alimentdən belə imtina etmişəm. Doğulduğu gündən 21 yaşına qədər oğlum üçün hər şeyi özüm etmişəm. Bu yaşına qədər oğlum haram yeməyib”.