logo

Daha bir müəllim koronavirusdan öldü

11:31 20-11-2021 | icon 7161
Daha bir müəllim koronavirusdan öldü

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Nəsimi rayonu Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin informatika müəllimi Zahidə Həsənova bu gün koronavirusdan vəfat edib.

57 yaşlı müəllim bir müddət əvvəl koronavirusa yoluxub. Müalicə olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!