Noyabrın 24-26-da Bakıda Nizami həftəsi çərçivəsində Beynəlxalq Nizami Gəncəvi Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi həftəsi çərçivəsində baş tutacaq.
Mövzüsü “Nizami Gəncəvi mədəniyyətlərarası körpü” olan tədbirdə xarici qonaqların iştirakı nəzərdə tutulub.