logo

Bakıda 27 yaşlı gənc evində xəncərlə vurulub

21:18 18-11-2021 | icon 3059
Bakıda 27 yaşlı gənc evində xəncərlə vurulub

Bakıda tanışı tərəfindən xəncərlə vurulan gənc ağır yaralanıb.

YeniAvropa xəbər verir ki,  hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Musayev Kamran Şakir oğlu Kamil Balakişiyev küçəsində yaşadığı evdə tanıdığı şəxs tərəfindən xəncərlə xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona baş və sol qolun geniş həcmli yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.