logo

Quba, Qusar və Xızı rayonlarına qar yağıb

10:11 16-11-2021 | icon 5789
Quba, Qusar və Xızı rayonlarına qar yağıb

Noyabrın 16-sı səhər saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki,  qarın hündürlüyü Qubanın mərkəzində 1, Xınalıq və Qrız kəndlərində isə 5 santimetrdir.

Xızının Altıağac qəsəbəsində də 1 santimetr qar yağıb.

Temperatur mənfi 10 dərəcəyə düşüb.