logo

Türk Şurası bundan sonra  Türk Dövlətləri Təşkilatı adlanacaq

14:44 11-11-2021 | icon 5327
Türk Şurası bundan sonra  Türk Dövlətləri Təşkilatı adlanacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - Türk Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılacaq.

YeniAvropa xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin bu gün İstanbulda keçirilən VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib.

 “Ata yurdumuz Asiyanın dünya siyasətində önəmi artmaqdadır. Sabahkı Zirvə Görüşündə dövlət başçılarımız mühüm qərarlar qəbul edəcəklər. İlk növbədə, bu il qardaş Türkmənistanın müşahidəçi ölkə olaraq aramıza qatılması ilə ailə tablomuzu tamamladıq. İkincisi, ailə məclisimizin adını Türk Dövlətləri Təşkilatı olaraq dəyişdiririk. Bunun vaxtı çoxdan çatıb”,-deyə Mövlud Çavuşoğlu vurğulayıb.