Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.