logo

ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana səfərə gəlir

12:52 02-11-2021 | icon 6818
ABŞ-ın yüksək vəzifəli diplomatı Azərbaycana səfərə gəlir

ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, noyabrın 2-4-də gerçəkləşəcək səfər çərçivəsində amerikalı diplomat hər üç ölkənin rəsmi şəxsləri ilə görüşəcək. O, Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.

Qeyd edilib ki, bu ərəfədə Yerevanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə Bakıda keçirilib.