logo

Azərbaycanda xüsusi karantin rejimi daha 2 ay uzadıldı

17:57 29-10-2021 | icon 9184
Azərbaycanda xüsusi karantin rejimi daha 2 ay uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bununla bağlı baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Qərarı imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.