Azərbaycan Dünya Bankı ilə 65 milyon dollarlıq kredit müqaviləsi imzaladı
Oktyabrın 27-də Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit ayrılmasına dair müqavilə imzalanıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 65 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından nazir Samir Şərifov və Dünya Bankı tərəfindən Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb. Cəlb olunan kredit Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək. Layihənin həyata keçirilməsi ilə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin ediləcək və bazara çıxışı yaxşılaşdırılacaq. Bu marşrut boyunca yaşayan insanlar təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcəklər.
İmzalanma mərasimində Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstək yüksək qiymətləndirilib. Nazir Samir Şərifov Azərbaycan ilə Dünya Bankının uzunmüddətli və strateji tərəfdaşlığından məmnunluğunu ifadə edərək hökumətin həyata keçirdiyi bir sıra mühüm layihələrə bankın göstərdiyi maliyyə dəstəyini qeyd edib. Maliyyə naziri bildirib ki, Dünya Bankı ilə müştərək maliyyələşdiriləcək layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.
Etibarlı tərəfdaşlar kimi Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini vurğulayan ölkə meneceri Sara Maykl həyata keçiriləcək yeni layihənin də Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı layihələrə ümumilikdə 4 milyard ABŞ dolları vəsait ayırıb.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb