logo

800-dən artıq sahibkar Qarabağın dirçəldilməsində iştirak etmək istəyir

14:34 27-10-2021 | icon 1953
800-dən artıq sahibkar Qarabağın dirçəldilməsində iştirak etmək istəyir

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 800-dən çox müraciət daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə  iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə potensial investorlara təqdim edilməsi məqsədilə müxtəlif istiqamətləri əhatə edən nümunəvi layihələr hazırlanıb və 3 dildə olmaqla (Azərbaycan, rus və ingilis) kataloq halına salınıb. Bununla yanaşı, yeni nümunəvi layihələr üzərində iş aparılır.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 800-dən çox müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

“İşğaldan azad edilmiş ərazilərin zəngin sosial-iqtisadi imkanlarından səmərəli istifadə edilməklə iqtisadi artımın yeni “hərəkətverici qüvvələri”nin müəyyənləşdirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi, iqtisadi canlanmanın sürətləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığının effektiv fəaliyyəti və zəruri stimullaşdırıcı mexanizmlərin tətbiqi müstəsna rola malikdir. Bu istiqamətdə ölkə qarşısında duran əsas məqsədlər uzunmüddətli inkişaf prioritetlərinə uyğun iqtisadi aktivliyin təşviqini, münbit biznes mühitinin formalaşdırılmasını və müasir çağırışlarla vəhdətdə olacaq iqtisadi islahatlar çərçivəsinin yaradılmasını zəruri edib. Diqqətəlayiq bir məqam da ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri çərçivəsində “ağıllı” texnologiyaların, xüsusilə enerji səmərəliliyi üzrə innovativ həllərin tətbiqinə diqqət yetirməklə bərpa olunan enerji mənbələrinə əsaslanan layihələr icra ediləcək. Sonrakı mərhələdə isə dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq, “yaşıl” maliyyələşdirmə və enerji sahəsində müasir idarəetmə alətləri tətbiq ediləcək”, - deyə N.Səfərov diqqətə çatdırıb.