logo

İsmayıllıda ilk qar

11:44 27-10-2021 | icon 1316
İsmayıllıda ilk qar

İsmayıllı rayonunun şimal dağ kəndlərinə mövsümün ilk qarı yağıb.

YeniAvropa xəbər verir ki, dünən günorta saatlarından başlayaraq yağan qarın qalınlığı Zərnava, Qalacıq və Əhən kəndlərində 3-5 santimetrə çatıb. 

Qeyd edək ki, Zərnava kəndi dəniz səviyyəsindən 1360, Qalacıq kəndi 1200, Əhən kəndi isə 1600 metr yüksəklikdə yerləşir.