logo

Dövlət Neft Fondu gələn il büdcəyə 13 milyard manat transfert edəcək

10:50 27-10-2021 | icon 1925
Dövlət Neft Fondu gələn il büdcəyə 13 milyard manat transfert edəcək

2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcəyə 12 710 milyon manat (təqribən 13 milyard manat) vəsait köçürəcəyi gözlənilir.

YeniAvropa xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.

Qeyd edək ki, 2021-ci ildə  ARDNF-nin dövlət büdcəsinə transferti 12,2 milyard manat təşkil edib.

Xatırladaq ki, ARDNF 1999-cu ildə təsis edilib. ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.