logo

“Xəyal Adaları”nda fəhlə iş yerində öldü

10:30 27-10-2021 | icon 1491
“Xəyal Adaları”nda fəhlə iş yerində öldü

Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə aldığı xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Suraxanı rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla İqram Dervişovun Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitnes-SPA mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işləri görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən aldığı xəsarətdən xəstəxanada öldüyü müəyyənləşdirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.