logo

2022-ci ildə Azərbaycanın dövlət büdcəsi 30 milyard manat olacaq

09:56 27-10-2021 | icon 2352
2022-ci ildə Azərbaycanın dövlət büdcəsi 30 milyard manat olacaq

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.

Qeyd edək ki, həmin göstəricilər 2021-ci ilin təsdiq edilmiş büdcə proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.

Layihədə qeyd edilir ki, son nəticədə dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.