logo

"Atlant” istirahət mərkəzi 30 milyon manata satışa çıxarılıb

21:51 26-10-2021 | icon 2415
"Atlant” istirahət mərkəzi 30 milyon manata satışa çıxarılıb

Xudat rayonunun Nabran qəsəbəsində yerləşən "Atlant” istirahət mərkəzi satılır.

YeniAvropa xəbər verir ki, bu barədə pulsuz elanlar saytının birində elan yerləşdirilib. Elanda deyilir ki, 3 hektar ümumi sahəsi olan istirahət mərkəzinin bütün sənədlər qaydasındadır.

Qeyd edilir ki, istirahət mərkəzinin daxilində kotteclər və lüks kotteclər, eləcə 6 mərtəbəli otel mövcuddur. Kottec və nömrələr sanitar qovşağı, mebel, yataq mebeli, televizor, kondisioner ilə təchiz edilib.
 
Eyni zamanda istirahət mərkəzində 350 nəfərlik restoran milli və Avropa mətbəxindən yeməklər təklif edir. O cümlədən mətbəx, yay restoranı, səhnə, uşaqlar üçün əyləncə yeri, besedkalar inşa edilmişdir və fəaliyyət göstərir.
 
Elanda qeyd olunub ki, mərkəzin hazırkı qiyməti 30 000 000 manatdır.