logo

Boksçularımız dünya çempionatına qələbə ilə başlayıblar

21:11 26-10-2021 | icon 2625
Boksçularımız dünya çempionatına qələbə ilə başlayıblar

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin iki üzvü yarışa qələbə ilə başlayıb. Belə ki, boksçumuz Malik Həsənov (63,5 kq) 1/32 final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

M.Həsənov 1/16 finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.

Digər boksçumuz 51 kiloqram çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə 1/16 finalda monqolustanlı Enxmandağ Xarxuunu məğlub edərək adını 1/8 finala yazdırıb. Onun bu mərhələdə rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.

Ölkəmiz dünya çempionatında 9 boksçu ilə təmsil olunur.