logo

“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının medallarının təqdimatı olub

17:11 26-10-2021 | icon 2562
“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının medallarının təqdimatı olub

“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının başlamasına 100 gün qalmış oyunların medalları ictimaiyyətə təqdim olunub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu münasibətlə keçirilən mərasimdə Çin Baş nazirinin müavini Han Cen, Olimpiya çempionları Yan Yan və Can Yufey “Pekin-2022” Qış Olimpiya Oyunlarının medallarını nümayiş etdiriblər. “Tonsin” (“Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların üzərində Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və “Pekin-2022”nin loqosu, digər üzündə isə Olimpiya halqalarının təsviri əks olunub.

Mərasimdə növbəti Qış Paralimpiya Oyunlarının medalları da təqdim olunub.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları fevralın 4-20-də, Paralimpiya Oyunları isə martın 4-13-də Pekində və yaxınlıqdakı Canciakou şəhərində keçiriləcək. Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək ilk şəhər olacaq. XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə bu şəhərdə keçirilib.