logo

Heç bir üçüncü dövlət İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz-Səfir Corc Dik

15:59 26-10-2021 | icon 1869
Heç bir üçüncü dövlət İsrail-Azərbaycan münasibətlərinə mane ola bilməz-Səfir Corc Dik

“Biz İsrail-Azərbaycan münasibətlərinin inkişafını və çiçəklənməsini görməkdən məmnunuq”.

YeniAvropa xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik  özünün "Twitter" hesabında  yazıb.

“Biz üçüncü qüvvələri nəzərə almadan tərəfdaşlığımızı daha da gücləndirmək niyyətindəyik”, - diplomat qeyd edib.

C.Dik Bakıda keçirilən "Rebuild Karabakh" sərgisində İsrail şirkətlərinin istehsal etdiyi müxtəlif texnologiyaların nümayiş olunduğunu bildirib, bunu İsrail və Azərbaycan arasında dostluq münasibətlərini rəmzi adlandırıb: "Biz bu dostluğu dəyərləndiririk və gün keçdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarışa, nə də mane ola bilər. Əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox iş birliyi görəcəyimə ümid edirəm"