logo

Dünya çempionatı:Bu gün üç boksçumuz mübarizəyə başlayır

12:11 26-10-2021 | icon 2534
Dünya çempionatı:Bu gün üç boksçumuz mübarizəyə başlayır

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın üç boksçusu rinqə çıxacaq. İdmançılarımızdan Məsud Yusifzadə (51 kq) Monqolustan təmsilçisi Enxmandağ Xarxu, Malik Həsənov (63,5) qvatemalalı Xuan Reyes Donis və Rauf Rəhimov (92 kq) isə Luis Uilliams (İngiltərə) ilə qarşılaşacaqlar.

Yarışın birinci günündə Azərbaycan millisinin bir üzvü - Ümid Rüstəmov (57 kq) rinqə çıxıb. İdmançımız 1/32 finalda kubalı Osvel Kaballero Qarsiaya uduzaraq mübarizəni dayandırıb.

Noyabrın 6-da başa çatacaq dünya çempionatına Azərbaycan komandası 9 boksçu ilə qatılıb