logo

Bu il "Bakı-Tbilisi-Ərzurum" kəməri ilə 12,7 milyard m3 qaz ixrac edilib

18:10 25-10-2021 | icon 2289
Bu il "Bakı-Tbilisi-Ərzurum" kəməri ilə 12,7 milyard m3 qaz ixrac edilib

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 25 milyard 421,4 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 18,2 faiz artım müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, 9 ayda qaz nəqlinin 50 faizi "Bakı-Tbilisi-Ərzurum" (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 707,4 milyon kubmetr təbii qaz ixrac edilib.