Qubadlıda radio və televiziya yayımı təmin olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) Qubadlıda televiziya yayımını təmin edib.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, rayonun Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və Qubadlı rayonunun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.
Xatırladaq ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım stansiyalarının fəaliyyətinin bərpası istiqamətində bir sıra işlər həyata keçirilib. Belə ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılmaqla 2020-ci il dekabrın 31-dən Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələri TV və radio yayımı ilə təmin olunub. Bununla yanaşı, bu il oktyabrın 4-də Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı bərpa edilib.
Cari il oktyabrın 20-də Zəngilan rayonunda Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımına başlanılıb.
Qeyd edək ki, hazırda işğaldan azad olunmuş digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri stansiyasında bərpa işlərinin cari ilin sonunadək tamamlanması nəzərdə tutulur.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək