Vətən müharibəsinin 29-cu gününün xronikası
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
YeniAvropa Vətən müharibəsinin 29-cu gününün xronikasını təqdim edir:
-Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
-Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib. Bu barədə prezident İlham Əliyev özünün rəsmi "Tvitter" səhifəsində bildirib.
-Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələri canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 “Qiasint-B” topunu, 2 “Qrad” qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib.
-Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb.
-Müdafiə Nazirliyi Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
-Düşmənin atəş nöqtələri məhv edilib.
-Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb.
-Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.
-Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir