logo

Şəmkirdə ata və 14 yaşlı oğlu bıçaqlanıb

22:12 22-10-2021 | icon 5691
Şəmkirdə ata və 14 yaşlı oğlu bıçaqlanıb

Şəmkirdə bıçaqlanma baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun mərkəzindəki "Komsomol" parkının qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini Rəhimov Ədalət və onun 14 yaşlı oğlu Rəhimov Murad bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.