logo

Avropa çempionatı: İki boksçumuz bürünc medal qazandı

12:22 22-10-2021 | icon 2954
Avropa çempionatı: İki boksçumuz bürünc medal qazandı

Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyadan verilən məlumatda bildirilib. Qeyd edilib ki, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.

51 kq çəkidə mübarizə aparan Nicat Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq çəki dərəcəsində yarışan Kamil Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.

Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.