2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, tədbir 2022-ci il aprelin 1-də baş tutacaq.
Mundialın təsnifat mərhələsinə isə bu ilin noyabrında yekun vurulacaq.
Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə təşkil olunacaq.