logo

Gələn il iyulun 1-dən energetika ilə bağlı yeni qanun qüvvəyə minəcək

17:30 20-10-2021 | icon 2184
Gələn il iyulun 1-dən energetika ilə bağlı yeni qanun qüvvəyə minəcək

Son bir il ərzində bərpaolunan enerji üzrə qanunverici, tənzimləyici və institusional mühitin təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar irəlidə bu sahədə nəzərəçarpacaq nailiyyətlərə zəmin yaradır. “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanunun qəbulu, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması və Agentliyin fəaliyyətinin səmərəlilik, çeviklik və müasir inkişaf tələbləri əsasında yenidən təşkili bu qəbildən olan addımlardır.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib. deyib.

“Yeni qanun xarici investorların, özəl sektorun və vətəndaşların bərpaolunan enerji sahəsində iştirakı kimi bir sıra yenilikləri tənzimləyən ilk normativ-hüquqi sənəd olaraq bizi “yaşıl enerji” ilə bağlı hədəflərimizə yaxınlaşdıracaq. Aktiv istehlakçının dəstəklənməsi, informasiya sisteminin yaradılması və bərpaolunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə aid sertifikatın verilməsi məqsədilə bir sıra alt qanunvericilik aktlarının qəbulu isə prosesi sürətləndirəcək. Bu il qəbul edilmiş daha bir - “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun müasir inkişafın tələbi kimi səmərəliliyin energetika sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərinə və ev təsərrüfatlarına müsbət təsirinə yol açacaq. 2022-ci il iyulun 1-dən qüvvədə olacaq bu qanundan irəli gələn normativ-hüquqi aktların beynəlxalq təcrübə əsasında hazırlanmasına başlanılıb. Həmçinin sahələr üzrə yol xəritələrinin hazırlanması istiqamətində müvafiq tədbirlər görülür”, - deyə nazir bildirib.