Zaqrebdə Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Oktyabrın 26-da Zaqrebdə Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla görüşdən sonra keçirilən brifinqdə məlumat verib.
O, Azərbaycan ilə Xorvatiya arasında bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlığın olduğunu diqqətə çatdıraraq deyib: “Ölkələrimiz arasında münasibətlərdə iqtisadi əlaqələr xüsusi yer tutur. Xorvatiyadan aparıcı şirkətlərin nümayəndələri Bakıda keçirilən biznes forumda iştirak edəcəklər. İki ölkə arasında ticarət sahəsində rəqəmlər kifayət qədər böyükdür. Xorvatiya ticarət baxımından Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında yer alır. Qarşılıqlı şəkildə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər əlaqələrimizi möhkəmləndirir. Biz görüşdə Azərbaycanla Xorvatiya arasında enerji, turizm sahələrində mövcud olan potensial, işğaldan azad edilmiş ərazidə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərinin iştirakı barədə fikir mübadiləsi apardıq. Onlar bu prosesdə maraqlıdırlar”.
Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də mühüm əhəmiyyətə malik olduğunu vurğulayan nazir qeyd edib:"Azərbaycanla Xorvatiya arasında hazırda qüvvədə olan 25 saziş, protokol var, 7 sənəd isə baxılmaqdadır. Ölkəmizdə 20 xorvat şirkəti fəaliyyət göstərir. Turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasından sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb”.
Xarici işlər naziri, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Deyib ki, beynəlxalq təşkilatlar daxilində əməkdaşlığımız var. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq Sazişini müzakirə etdik. Azərbaycanın Aİ üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi xüsusilə diqqət mərkəzində olub.
Qeyd olunub ki, Azərbaycan ilə Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb. Ölkəmiz tərəfindən müvafiq minatəmizləmə avadanlıqları sifariş edilib və onlar Xorvatiyadan Azərbaycana gətirilir. Eyni zamanda, ölkələrimizin ticarət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv mövqe nümayiş etdirdiyini bildirən C.Bayramov deyib: “Bir neçə gündən sonra Vətən müharibəsinin başa çatmasının bir ilini qeyd edəcəyik. Xorvatiyalı həmkarımla müzakirələrimizdə üçtərəfli bəyanatların imzalanması, regionda yaranan yeni reallıqlar və perspektivlər müzakirə olunub. Azərbaycanın apardığı işlər barədə həmkarımı məlumatlandırdım. Azərbaycan regionda kommunikasiyaların açılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan tərəfi də bu istiqamətdə əməli addımlar atmalıdır. Razılaşmanın vacib hissəsi olan kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın Moskvada iclası keçirilir”.
Sonra çıxış edən Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman Azərbaycanda olmağın onun üçün böyük şərəf olduğunu, eyni zamanda, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Nazir deyib: “Bizim müxtəlif sahələrdə çox gözəl əməkdaşlığımız var. Azərbaycan və Xorvatiya dost ölkələrdir. Azərbaycanla Xorvatiya arasında münasibətlər çox yaxşı və sabitdir. Azərbaycanda iqtisadi sahədə çox böyük potensial var. Ümid edirəm ki, Xorvatiya şirkətləri burada fəal olacaqlar. Azərbaycan və Xorvatiya strateji tərəfdaşdırlar. 2019-cu ildə Xorvatiyanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycana mənimlə birgə xorvatiyalı iş adamları da gəlib, onlar azərbaycanlı həmkarları ilə görüşəcəklər”.
Həmkarı C.Bayramovla görüşdə Cənubi Qafqazdakı vəziyyəti və “Şərq tərəfdaşlığı”nı müzakirə etdiklərini diqqətə çatdıran Qordan Grliç Radman qeyd edib: “Bu günlərdə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında “Şərq tərəfdaşlığı”nı müzakirə etdik. Xorvatiya bu formatı dəstəkləyir. Dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitində biz öhdəliyimizi təkrar edəcəyik. Sammitin birgə bəyanatını hazırlayırıq”.
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycanın səfiri etimadnamələrini Qambiya prezidentinə təqdim edib
Senat ABŞ-ın Ukraynaya 61 milyard $-lıq hərbi yardımını təsdiqləyib
Rusiya müdafiə nazirinin müavini 1 milyonluq rüşvətə görə həbs edilib
Ermənistanın öz sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur-Paşinyan
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb