Qax rayonunda göbələkdən zəhərlənmə hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.