logo

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

11:44 18-10-2021 | icon 3752
Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” saziş imzalanıb.

YeniAvropa xəbər verir ki, sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani imzalayıblar.