logo

Müdafiə Nazirliyi xəbərdarlıq etdi: Partlayış səslərindən narahat olmayın

09:25 15-10-2021 | icon 4137
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: Partlayış səslərindən narahat olmayın

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildirir ki, narahatlığa heç bir əsas yoxdur.