logo

Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə dəvət edildi

16:10 13-10-2021 | icon 735
Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə dəvət edildi

Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, general Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü-2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.