logo

Siyəzən şərab zavodunun məsil şəxsinə qarşı cinayət işi başlanıb

13:58 13-10-2021 | icon 448
Siyəzən şərab zavodunun məsil şəxsinə qarşı cinayət işi başlanıb

Siyəzən rayonu ərazisində yerləşən “Caspian Coast Winery and Vineyards” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Siyəzən rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin şirkətin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləyən Vüqar Səmədzadənin işlədiyi müddətdə müəssisənin büdcəsindən ümumilikdə 14 min 89 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.