logo

"DÇ-2022" seçmə mərhələ: Serbiya Azərbaycanı 3:1 məğlub etdi

01:13 13-10-2021 | icon 3374
"DÇ-2022" seçmə mərhələ: Serbiya Azərbaycanı 3:1 məğlub etdi

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belqraddakı Rayko Mitiç stadionunda keçirilən Serbiya - Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

YeniAvropa xəbər verir ki, oktyabrın 12-də belçikalı baş hakim Erik Lambrextsin idarə etdiyi oyunda Serbiya millisinin start heyətində Predraq Raykoviç, Miloş Velkoviç, Matiya Nastasiç, Luka Yoviç, Stefan Mitroviç, Saşa Lukiç, Filip Kostiç, Duşan Vlahoviç, Sergey Milinkoviç-Saviç, Marko Qruyiç və Darko Lazoviç yer alıblar.

Yığmamızın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Renat Dadaşov, Abbas Hüseynov, Anton Krivotsyuk, Filip Ozobiç və Araz Abdullayev çıxıblar.

Oyunda hesabı meydan sahibləri açıblar. Matçın 30-cu dəqiqəsində Duşan Vlahoviç penaltidən fərqlənib. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

İkinci hissəyə Serbiya millisi daha fəal başlayıb. Matçın 53-cü dəqiqədə dubl edən D.Vlahoviç komandasını hesabda önə keçirib. Qarşılaşmanın 83-cü dəqiqədə meydan sahiblərinin kapitanı Duşan Tadiç penaltidən fərqlənib və bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi səfərdə Serbiya yığmasına 1:3 hesabı ilə uduzub.

Mstçda futbolçumuz Höccət Haqverdi cəzalı duruma düşüb. Buna 28 yaşlı müdafiəçinin Belqradda sarı vərəqə görməsi səbəb olub. Təcrübəli oyunçu bu üzdən noyabrın 11-də Lüksemburqla ev matçını buraxacaq. Bu, H.Haqverdinin seçmə mərhələdə ikinci rəsmi xəbərdarlığıdır. O, ilk sarı vərəqəni evdə Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmada alıb.

Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 17 xalla qrup lideridir.