logo

Ərdoğan Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edir

20:22 12-10-2021 | icon 3115
Ərdoğan Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük İyirmilik"(G20) qrupunun himayəsi altında Əfqanıstan üzrə işçi qrupunu formalaşdırmaq və ona rəhbərlik etmək təşəbbüsü ilə çıxış edib.

YeniAvropa "TRT" telekanalına istinadla xəbər verir ki, Türkiyə lideri bu təklifi "G20"nin videokonfrans formatında keçirilən fövqəladə sammitində səsləndirib.

“Mən "G20" çərçivəsində Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edirəm. Ankara qrupun işinə rəhbərlik etməyə hazırdır”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti, həmçinin “Taliban” hərəkatının nümayəndələrinin qızlara təhsil almaq və qadınlara işləmək hüququ verməli olduğunu da deyib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Əfqanıstandan üz döndərməməli və əfqan xalqının taleyinə biganə qalmamalıdır.