logo

UEFA Avropa çempionatıı keçirmək üçün ev sahibi axtarır

17:57 12-10-2021 | icon 1652
UEFA Avropa çempionatıı keçirmək üçün ev sahibi axtarır

UEFA 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək istəyən ölkələr üçün tender elan edib.

 YeniAvropa  Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatçılıq niyyətində olan milli assosiasiyalar 2022-ci ilin martınadək müraciət edə biləcəklər.

Qərar 2023-cü ilin sentyabrında açıqlanacaq. Coğrafi cəhətdən bir-birinə yaxın ölkələr birgə müraciət hüququna malikdir. "EURO-2028"də yenə 24 ölkənin iştirakı ilə 51 oyun olacaq.

Maraqlanan ölkələr 10 stadion göstərməlidir. Onlardan 1-i minimum 60 000 azarkeş tutumuna malik olmalıdır. Ən azı 50 000 fanat qəbul edən 2, 40 000-lik 4, 30 000-lik isə 3 stadion təqdim olunmalıdır.

Xatırladaq ki, "EURO-2024" Almaniyada gerçəkləşəcək.