logo

Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfər edəcək

12:58 11-10-2021 | icon 2513
Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Zati-müqəddəsləri Patriarx Kirillə görüşəcək. Moskvada, habelə dini liderlərin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanın Rusiyadakı səfirliyi Moskva şəhərində azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcək.