logo

Azərbaycan millisi güləş üzrə dünya çempionatında yeddinci oldu

12:43 11-10-2021 | icon 3626
Azərbaycan millisi güləş üzrə dünya çempionatında yeddinci oldu

Azərbaycan millisi Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında yeddinci yeri tutub. Müstəqillik bərpa olunandan sonra güləşçilərimizin dünya çempionatlarında qazanılmış medalların sayı 78-ə çatıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan 16 qızıl, 28 gümüş və 34 bürünc medalla Polşanı geridə qoyub və 16-cı pilləyə yüksəlib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.