logo

Rəsmi Bakı Pakistana başsağlığı verdi

11:01 07-10-2021 | icon 1547
Rəsmi Bakı Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi(XİN) baş vermiş zəlzələ ilə bağlı Pakistana başsağlığı verib.

YeniAvropa xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində paylaşım yerləşdirilib.

Paylaşımda deyilir: “Pakistanın Bəlucistan vilayətində zəlzələnin baş verməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Təbii fəlakət qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tez bir zamanda sağalmasını arzulayırıq. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Pakistan dövlətinin yanındayıq”.

Xatırladaq ki, gecə saatlarında Pakistanda 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərbdə qeydə alınıb. Hadisə  nəticəsində 20 nəfər ölüb, 300-dən çox insan zərər çəkib.