logo

"AZAL" Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb

09:56 06-10-2021 | icon 3717
"AZAL" Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb

“Azərbaycan Hava Yolları” aviaşirkəti(AZAL) oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

"AZAL"ın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi, həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.

Beləliklə, bundan sonra "AZAL" bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla, mövcud bütün hava dəhlizlərindən istifadə edə bilər.

0++