Bakıda Azərbaycan-Yaponiya investisiya forumu keçirilir
Bu gün Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan-Yaponiya investisiya işə başlayıb.
YeniAvropa xəbər verir ki, tədbiri giriş sözü ilə Konfederasiyasının prezidenti Məmməd Musayev açıb.
O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında quruculuq işləri uğurla davam etdilir, ən son texnoloji yeniliklər əsasında “Ağıllı kənd” və “Ağıllı Şəhər” layihələri reallaşdırılır.
“Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun görülən quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün böyük investisiya imkanları yaradır. Şübhəsiz ki, bu imkanlar barədə bugünkü tədbirdə yapon investorlara da məlumat veriləcək”,-deyə M.Musayev bildirib.
ASK prezidentinin sözləreinə görə, Yaponiya şirkətləri Azərbaycanın energetika (neft-qaz) sektorunda aktiv fəaliyyət göstərir, eləcə də ölkəmizdə ekoloji və infrastruktur layihələrinə dəstək verir, azərbaycanlı mütəxəssislərinin hazırlanmasında yaxından iştirak edirlər.
“2020-ci ilin yekunlarına görə, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsinin dəyhəri 200 milyon ABŞ dolları olub. Yapon investorların təsis etdiyi “TET International Development” şirkəti ASK-nın fəal üzvlərindən biridir. Son iki ildə şirkət Zaqatala, Şəki, Oğuz və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 milyon dollardan artıq investisiya yatırıb”, - deyə o, əlavə edib.
Azərbaycan-Yaponiya investisiya forumunda Milli Məclisin üzvü Qənirə Paşayeva, Yaponiyanın Azərbaycandakı Səfirliyinin İqtisadi Şöbəsinin rəhbəri Amada Şuniçi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Natiq Həsənov, “TET International Development” şirkətinin rəhbəri Taro Savada da iştirak edir.
Xatırladaq ki, ötən ayın əvvəlində Yaponiya investorlarının ilk qrupu ölkəmizə biznes səfəri edib. ASK onları Azərbaycanın investisiya imkanları ilə tanış edib, Şəki və Zaqatala rayonlarında görüş keçirməsinə dəstək verib. Görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu