logo

Azərbaycanda məktəb yaşının aşağı endirilməsi təklif edilir

22:12 02-10-2021 | icon 4172
Azərbaycanda məktəb yaşının aşağı endirilməsi təklif edilir

"Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq".

 YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

"Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar", - deyə nazir qeyd edib.

Qeyd edək ki, yeni təklifə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər.