logo

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib

12:09 29-09-2021 | icon 4452
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycana səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.