logo

Sinoptiklərdən xəbərdarlıq: Güclü külək,leysan, şimşək, dolu, sulu qar... 

14:09 24-09-2021 | icon 1736
Sinoptiklərdən xəbərdarlıq: Güclü külək,leysan, şimşək, dolu, sulu qar... 

Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Sentyabrın 26-sı səhər şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25, yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 25, Kür vadisi rayonlarında arabir 30 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.