logo

Jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır olaraq qalır-Yeni Klinika

13:31 24-09-2021 | icon 1582
Jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır olaraq qalır-Yeni Klinika

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış telejurnalist və idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabil olaraq qalır.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistin müalicə aldıı “Yeni Klinika”dan bildirilib.

Qeyd edilib ki, Elnur Əşrəfoğlunun səhhətində hələlik dəyişiklik yoxdur.

Xatırladaq ki,  Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb. Klinikaya yerləşdirilərkən onun  ağciyərlərində 85 faiz "buzlu şüşə" müəyyən edilib. Saturasiyası 70 faiz olub. Müayinə zamanı onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilib. O, klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə süni tənəffüs aparatına qoşulub.