logo

Qəbələdə keçirilən toyda karantin qaydaları pozulub

11:12 24-09-2021 | icon 1554
Qəbələdə keçirilən toyda karantin qaydaları pozulub

Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, rayonun Nic qəsəbəsində Habil Əzizova məxsus evin həyətində keçirilən toy mərasimində 180 nəfərə yaxın qonağın iştirak etdiyi, eləcə də onlardan 15 nəfərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi H.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimələnib.