logo

Zaqreb "Qran-Pri"sində iki cüdoçumuz mübarizə aparacaq

18:33 23-09-2021 | icon 3367
Zaqreb "Qran-Pri"sində iki cüdoçumuz mübarizə aparacaq

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə "Qran-Pri" turniri start götürəcək.

YeniAvropa xəbər verir ki,  Azərbaycan nüfuzlu turnirdə 2 cüdoçu ilə təmsil olunacaq. Belə ki, Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayacaq.