logo

Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

11:55 23-09-2021 | icon 7938
Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə ötən gün Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın görüşündə razılıq əldə edilib. 

Görüşdə nazirlər regional məsələləri müzakirə ediblər. Qeyd olunub ki, indi iki ölkə arasında məsləhətləşmələrə daha çox ehtiyac var. 

Mövlud Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran prezidenti İbrahim Rəisini ölkəsinə səfərə dəvət məktubunu Hüseyn Əmirabdullahiana təqdim edib.