logo

Azərbaycan qırıcıları  “Texnofest-2021” festivalında iştirak edəcəklər

17:16 18-09-2021 | icon 1981
Azərbaycan qırıcıları  “Texnofest-2021” festivalında iştirak edəcəklər

Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki,sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən hərbi hava qüvvələrinin iki ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.