Təbrizdə dahi şair Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılıb
Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 33-cü ildönümü tamam olur.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu münasibətlə Təbrizdə dahi şairin məqbərəsi önündə mərasim keçirilib. Mərasimdə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi, İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi Məhəmməd Al-Haşim, şairlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Şəhriyarın yaradıcılığı, həyat və fəaliyyətindən geniş söz açıblar.
Məhəmmədhüseyn Şəhriyar fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə insanlara vətənpərvərlik duyğuları aşılamış, milli həmrəylik ideyası təbliğ etmiş, milli ruhun oyanışında böyük xidmətlər göstərmişdir. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr olunub. O, ötən əsrin 20-ci illərindən etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifə böyük şöhrət gətirib.
M.Şəhriyar XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu poeması nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır.
Məhəmmədhüseyn Şəhriyarın xatirəsi xalqın ürəyində əbədi yaşayır və sevilir. O, 1988-ci il sentyabrın 18-də 82 yaşında Təbrizdə vəfat edib. Onun vəfat etdiyi gün İranda “fars dili və şeir günü” kimi qeyd olunur.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq